• 8 Dekabr 2021
logo
Türkiyədə bu gün 353 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 353 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 353 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunmağa başlanıb.
Son 24 saatda 37 312 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3 563 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 38 711 nəfər ölüb.

Türkiyədə indiyədək 4 667 281 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 121 671-i müalicə olunaraq sağalıb.