Türkiyənin Akdeniz bölgəsində Fethiy-Rodos arasında 5 bal gücündə zəlzələ olub.
Trend-in məlumatına görə, yerli vaxtla saat 07:44-də baş verən yeraltı təkanların episentri dənizin 6 kilometr dərinliyində yerləşir.
Xəsarət alanlar və dağıntıların olmadığı deyilir.
Xatırladaq ki, sentyabrın 29-da Türkiyə sahillərində Aralıq dənizində 4,0 bal gücündə zəlzələ baş verib.