• 18 Avqust 2019
logo
add image
Ərdoğan: Putinlə görüşəcəm və...

Ərdoğan: Putinlə görüşəcəm və...

İyunun sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, görüş Yaponiyada G20 sammiti çərçivəsində baş tutacaq.
Türkiyə Prezidenti qeyd edib ki, görüş zamanı tərəflər bir sıra regional məsələləri müzakirə edəcək. Bundan başqa, S-400 zenit-raket kompleksinin satın alınması da müzakirə olunacaq.