• 23 Aprel 2024
logo
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - Pilotlar xilas edildi

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - Pilotlar xilas edildi

Türkiyənin İzmir vilayətində Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, KT-1 tipli təyyarə təlim uçuşu zamanı naməlum səbəblərdən dənizə düşüb.

Qeyd olunur ki, qəzadan sonra təyyarədə olan iki pilot xilas edilib. Hazırda hadisə ilə bağlı araşdırma başlayıb.