• 26 Aprel 2024
logo
"Türk ulduzları"nın təyyarəsi qəzaya düşdü: Pilot həlak oldu

"Türk ulduzları"nın təyyarəsi qəzaya düşdü: Pilot həlak oldu

Türkiyənin Konya bölgəsində təyyarə qəzası baş verib.

Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) qəzaya uğrayan təyyarənin "Türk ulduzları" eskadrilyasına məxsus olduğunu bildirib.

"Təlim uçuşu icra edən "Türk ulduzlarına" məxsus NF-5 təyyarəsi saat 14:15 radələrində Konyada qəzaya uğrayıb", - deyə Türkiyə MN-dən bildirilib.

Qəza Karatay rayonunda yerləşən aviabaza yaxınlığında baş verib.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

İlkin məlumatlarda bir pilotun həlak olduğu bildirilir. /Oxu.az