• 20 Aprel 2024
logo
Türkiyədə rekord həddə sutkalıq koronovirusa yoluxma qeydə alınıb

Türkiyədə rekord həddə sutkalıq koronovirusa yoluxma qeydə alınıb

Türkiyədə yeni növ koronovirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

APA-nın yerli bürosunun Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə 49 584 nəfərdə koronovirusa yoluxma faktı aşkarlanıb.

Bu infeksiyadan 211 nəfər həyatını itirib.

2 477 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronovirusdan ölənlərin sayı 32 667 nəfərə çatıb.