• 19 Aprel 2021
logo
Türkiyə Rusiya ilə kosmik sahədə əməkdaşlığa dair saziş imzalaya bilər

Türkiyə Rusiya ilə kosmik sahədə əməkdaşlığa dair saziş imzalaya bilər

Türkiyə yaxın gələcəkdə Rusiya ilə kosmik sahədə əməkdaşlığın inkişafına dair saziş imzalaya bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə TASS-a Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım bildirib.

Onun sözlərinə görə, kosmik tədqiqat yüksək texnologiyalar tələb edən, olduqca mürəkkəb və maliyyə tutumlu bir işdir və bu səbəbdən beynəlxalq əməkdaşlıq vacib rol oynayır: "Məqsədlərimizə uyğun olaraq müəyyənləşdirdiyimiz ölkələrlə ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlarla çoxsaylı əlaqələr qururuq. Artıq müxtəlif ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlıq üçün ümumi şərtlər üzərində işlədiyimizi nəzərə alaraq, yaxın gələcəkdə müqavilələr imzalamağı planlaşdırırıq".