• 29 Mart 2024
logo
Türkiyədə azərbaycanlı iş adamını şantaj edən ər-arvad saxlanılıb

Türkiyədə azərbaycanlı iş adamını şantaj edən ər-arvad saxlanılıb

Türkiyədə turizm sahəsində çalışan azərbaycanlı iş adamını şantaj edən ər və arvad saxlanılıb.
Trend-in məlumatına görə, hadisə Türkiyənin Ərzurum vilayətində qeydə alınıb.
Məlumata əsəsən, saxlanılan şəxslər azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar tələb ediblər.
Araşdırma nəticəsində o da bəlli olub ki, saxlanılan şəxslər guya azərbaycanlı iş adamına qarşı əllərində olan məlumatları Türkiyə mətbuatında yaymaq istəyində olublar.
Saxlanılan şəxslərin və azərbaycanlı iş adamının adı açıqlanmır.