• 15 Oktyabr 2019
logo
add image
Ərdoğan: İstanbulda zəlzələ nəticəsində 8 nəfər yaralanıb

Ərdoğan: İstanbulda zəlzələ nəticəsində 8 nəfər yaralanıb

Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Türkiyə Prezidentinin sözlərinə görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib.
R.T.Ərdoğan qeyd edib ki, bu saata qədər 28 yeraltı təkan qeydə alınıb.
Türkiyə dövlət başçısının sözlərinə görə, zəlzələnin fəsadlarını aydınlaşdırmaq məqsədilə vitse-prezident Fuat Oktayın rəhbərliyi altında dövlət komissiyası da yaradılıb.
Qeyd edək ki, bu gün İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.