• 26 Aprel 2024
logo
İstanbulda güclü zəlzələ - 6 bala yaxın

İstanbulda güclü zəlzələ - 6 bala yaxın

İstanbulda güclü zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar 5,8 bal gücündə olub. Məlumata görə, zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.
Hazırda məktəblərdə dərslərin dayandırıldığı bildirilir. Hər hansı dağıntı və ya insan tələfatı barədə hələlik məlumat yoxdur. Mobil operatorların işində problemlər yaranıb.
Qeyd edək ki, sonuncu dəfə sentyabrın 24-də İstanbulda daha bir güclü zəlzələ olmuşdu, yeraltı təkanlar 4,7 bal gücündə qeydə alınmışdı.