• 28 Mart 2024
logo
İzmirdə “Ən gözəl Novruz xonçası” yarışması

İzmirdə “Ən gözəl Novruz xonçası” yarışması

Türkiyənin İzmir şəhərində “Ən gözəl Novruz xonçası” yarışması keçirilir.

Yarışmanı İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyi təşkil edib. Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrini yaşatmaq, təbliğ etmək və tanıtmağı əsas məqsədi hesab edən dərnəyin başkanı, soydaşımız Camal Məhmətxanoğlunun sözlərinə görə, dünyanın müxtəlif bölgələrindən yarışmaya qatılan həmyerlilərimizin iştirak etdiyi yarışmada 100-ə qədər xonça nümayiş etdiriləcək: “Yekun nəticə münsiflər heyəti tərəfindən qiymətləndirilərək açıqlanacaq, yarışmanın qalibinə İzmir şəhərindəki istirahət mərkəzində - Çeşmədə iki günlük tətil hədiyyə ediləcək.

Çağdaş Azərbaycan Kültür Dərnəyi Türk Dünyasının bu gözəl bayramını təbrik edir və yarışmaçılara uğurlar diləyir”.