• 20 Aprel 2024
logo
Türkiyədə koronavirusun mutasiyaya uğramış variantına yoluxmuş 199 nəfər qeydə alınıb

Türkiyədə koronavirusun mutasiyaya uğramış variantına yoluxmuş 199 nəfər qeydə alınıb

Türkiyədə koronavirusun mutasiyasına uğramış 196 İngiltərə, 2 Cənubi Afrika, bir Brazilya variantı aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Elm Qurumunun növbəti toplantısından sonrakı açıqlamasında bildirib.

Nazir bundan başqa özünün Twitter səhifəsində yazıb ki, riskli mutasiyalar sərhəd tanımadan yayılır: “Yeni mutasiyaların rast gəlindiyi və yoluxmaların artdığı bu günlərdə mübarizə tədbirlərimizi artırmalı və rejimə ciddi əməl etməliyik. Qapalı və kütləvi yerlərdən xüsusilə uzaq durmalıyıq".