• 19 Aprel 2024
logo
Ərdoğan Nazirlər Kabinetinin iclasına sürücüsüz avtobusla gedib

Ərdoğan Nazirlər Kabinetinin iclasına sürücüsüz avtobusla gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasına Türkiyə istehsalı olan sürücüsüz avtobusla gedib.

Bu barədə prezident öz "Twitter" səhifəsində bildirib.

"Atak Electric" şirkətinin istehsalı olan 8 metr uzunluğunda elektroavtobus tam müstəqil şəkildə hərəkət edir.

R.T.Ərdoğan Prezident Sarayından Nazirlər Kabinetinədək olan məsafəni həmin avtobusla qət etdiyini deyib.