• 25 Aprel 2024
logo
Türkiyədə ard-arda iki zəlzələ olub

Türkiyədə ard-arda iki zəlzələ olub

Türkiyənin İzmir şəhərində ard-arda iki zəlzələ olub. APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, İzmirin Karaburun rayonunda yerli vaxtla saat 08:46-da 5.1 bal gücündə zəlzələ baş verib. Bir dəqiqə sonra isə 4.8 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və itki barədə məlumat yoxdur.