• 8 May 2024
logo
Türkiyə XİN: “Türkiyə prezident seçkiləri və referendum nəticələrinin Qırğızıstanda faydalı olmasını diləyir”

Türkiyə XİN: “Türkiyə prezident seçkiləri və referendum nəticələrinin Qırğızıstanda faydalı olmasını diləyir”

“10 yanvar 2021-ci ildə Qırğızıstanda keçirilən erkən Prezident seçkiləri və Qırğızıstan Respublikasının inzibati sisteminə dair referendumun təhlükəsizlik şəraitində başa çatmasından məmnunuq”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyə Qırğızıstandakı demokratik prosesin əhatəli şəkildə və cəmiyyətin razılığı nəticəsində atılan addımları dəstəkləyəcək: “Prezident seçkiləri və referendum nəticələrinin dost və qardaş Qırğızıstan üçün faydalı olmasını diləyirik”.