• 26 Aprel 2024
logo
Türkiyədə COVID-19-dan 186 nəfər ölüb

Türkiyədə COVID-19-dan 186 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 186 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 479 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 894, ağır xəstələr isə 3 094 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 307 581 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 182 145 nəfər sağalıb, 22 450 nəfər isə ölüb.

Nazir deyib ki, ağır xəstə sayı azalmağda davam edir.