• 5 İyul 2025
logo
Türkiyədə 4.1 bal gücündə zəlzələ olub

Türkiyədə 4.1 bal gücündə zəlzələ olub

Bu gün Türkiyədə Balıkesirin Susurluk rayonunda zəlzələ baş verib.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələnin maqnitudası 4.1 olub.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:37-də, yerin 7 kilometr dərinliyində qeydə alınıb.