• 27 Aprel 2024
logo
Türkiyədə ağır yol qəzası - 30-dan çox yaralı var

Türkiyədə ağır yol qəzası - 30-dan çox yaralı var

Türkiyənin şərqindəki Ağrı vilayətində qeyri-leqal miqrantları aparan avtobus aşıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub. 30-dan çox sərnişin isə xəsarət alıb.
Avtobusda olanların böyük əksəriyyəti əfqanıstanlı miqrantlardır.