Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 190 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 936 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 6 101 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 506 966 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 5 303 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 409 320 nəfər təşkil edir.