Türkiyənin Mardin vilayətində hərbi konvoya hücum olub. Trend-in məlumatına görə, PKK terror təşkilatı tərəfindən törədilən hücum nəticəsində 1 nəfər hərbçi şəhid olub.
Məlumata görə, daha 2 hərbçi yaralanıb.
Hadisə ilə əlaqədar Türkiyə Silahlı Qüvvələri tərəfindən ərazidə lokal əməliyyat başlayıb.