• 29 Mart 2024
logo
İstanbulda zəlzələ olub

İstanbulda zəlzələ olub

Türkiyənin İstanbul şəhərində 4.2 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, yerli vaxtla saat 16:38-də qeydə alınan zəlzələnin episentri Mərmərə dənizi olub.

Dərinliyi 6.83 km olan zəlzələ 10 saniyə müddətində davam edib.