• 19 Aprel 2024
logo
Türkiyəli nazir: Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini daha da artırmaqdır

Türkiyəli nazir: Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini daha da artırmaqdır

2019-cu ildə Türkiyə ilə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəsini daha da artırmaqdır.

Bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdə deyib.

Nazir bildirib ki, hədəf Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. R.Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarında çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırıb.