• 2 May 2024
logo
Çavuşoğlundan iddialı bəyanat: “Verdikləri silahın iki qatını verəcəyik”

Çavuşoğlundan iddialı bəyanat: “Verdikləri silahın iki qatını verəcəyik”

ABŞ-ın Cənubi Kipr Respublikasına tətbiq etdiyi silah satışına dair sanksiyanı ləğv etməsi vəziyyəti gərginləşdirməyə xidmət edəcək. Sizin verəcəyiniz silah nədirsə, biz də bunun iki qatını Şimali Kiprə verərək. Nə olacaq? Yenə gərginlik artacaq.
Bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Cənubi Kipr Respublikasına tətbiq etdiyi sanksiyanın aradan qaldırmasını şərh edərkən deyib.
Türkiyənin baş diplomatı Yunanıstanın mövqeyini də tənqid edib: “Türkiyə Şərqi Aralıq dənizi siyasətində qərarlıdır. Şərqi Aralıq dənizində təxribat davam edərsə, bundan ən çox ziyan çəkən tərəf Yunanıstan olacaq”.
Avropa İttifaqının (Aİ) Türkiyəyə sanksiya tətbiq edəcəyinə dair son açıqlamaları şərh edən Mövlud Çavuşoğlu deyib ki, Yunanıstanın mövqeyi ortada olduğu halda Afinanı dəstəkləmək Aİ-ni zəiflədir: “Bu gərginliyin Aİ və üzv ölkələrin bəzilərinin dəstəyinə baxmayaraq Yunanıstana faydası olmayacaq. Aİ-nin sanksiya dilini biz qəbul etmirik və doğru saymırıq. Aİ problemin deyil, həllin bir parçası olmalıdır”.
Türkiyə XİN rəhbəri Fransa Prezidenti Emmanuel Makronun son davranışlarını da sərt təpki göstərib: “Biz Fransanın oyunlarını pozduq, planı suya düşdü. Əvvəllər Suriya məsələsində eyni mövqedən çıxış edən Türkiyə və Fransa idi. Bu plan pozulanda Fransa çox əsəbiləşdi. Liviyada meydanda uduzan Makron isterikaya yuvarlandı və hər platformada sağlam düşüncəni itirdi”.
Mövlud Çavuşoğlu Türkiyənin Şərqi Aralıq dənizində 2 yeni NAVTEX elan etməsi və Rusiyanın bu bölgədə hərbi təlimlər keçirəcəyi haqqında da danışıb: “Rusiya keçirəcəyi təlimlə bağlı bizə məlumat verib. Bu, ortaq hərbi təlimlər deyil”.