• 20 Sentyabr 2020
logo
Türkiyədə son sutkada koronavirusdan 45 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 45 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan 45 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra belə bildirib

Nazir bildirib ki, son 24 saatda 107 927 şübhəli koronavirus testindən keçib, onlardan 1596-nın cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1017 nəfər olub, 947 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 273 301 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 246 876 nəfər sağalıb, 6462 nəfər ölüb.