• 25 Aprel 2024
logo
Türkiyədə hoteldə YANĞIN - 10 nəfər yaralandı

Türkiyədə hoteldə YANĞIN - 10 nəfər yaralandı

Ankarada hotellərin birndə yanğın olub.
Trend-in məlumatına görə, yanğın zamanı 10 nəfər xəsarət alıb.
Xəsarət alanlar arasıdna uşaqların da olduğu bildirilir. Xəsarət alanların hamısının Türkiyə vətəndaşı olduğu qeyd edilir.
Bildirilir ki, yanğın zamanı hoteldə 28 nəfər olub.
Məlumata görə, yanğın hotelin sauna yerləşən 1-ci mərtəbəsində başlayıb və sonra yuxarı mərtəbələrə doğru yayılıb.
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil. Faktla bağlı araşdırma başlayıb.