• 20 Aprel 2024
logo
Türkiyədə koronavirusdan sağalanların sayı 220 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 220 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 14 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 798 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 153 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 237 265 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 220 546 nəfər təşkil edir.