Bu gün Ankarada Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 37-ci qurultayı keçirilir.
Qurultayda ana müxalifət partiyasının sədri və Məclisinin üzvləri seçiləcək.
Kemal Kılıçdaroğlu 80 rayon partiya təşkilatının sədrinin imzası ilə 6-cı dəfə partiya sədri postuna namizəd olacaq. Eyni zamanda İlhan Cihaner, Tolga Yarman və Aytuğ Atıcı da partiya sədri postuna iddialıdır.