• 17 Aprel 2024
logo
Türkiyə XİN başçısı bu gün Britaniyaya səfər edəcək

Türkiyə XİN başçısı bu gün Britaniyaya səfər edəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Böyük Britaniyaya səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Türkiyə XİN başçısı britaniyalı həmkarı Dominik Raabla keçirəcəyi görüşdə “Brexit”dən əvvəl və sonra Türkiyə-Böyük Britaniya ikitərəfli əlaqələrini müzakirə edəcək.

Nazirlər turizm, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə, regional və beynəlxalq məsələlərlə bağlı da fikir mübadiləsi aparacaqlar.