• 23 Aprel 2024
logo
“Türk Hava Yolları”: Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib

“Türk Hava Yolları”: Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edilib

İyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan İstanbul - Bakı - İstanbul “Türk Hava Yolları” uçuşları bərpa olunub.

“Türk Hava Yolları”nın Bakı nümayəndəliyindən verilən məlumata görə, bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.

“Yaranmış olan bu narahatlıq səbəbi ilə “Türk Hava Yolları” sərnişinlərdən üzrxahlıq edir”, - deyə bildirilib.