• 19 Aprel 2024
logo
Türkiyədə avtomobil qəzası - 3 azərbaycanlı yaralandı

Türkiyədə avtomobil qəzası - 3 azərbaycanlı yaralandı

Türkiyənin Ərdahan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, bu gün səhər saatlarında Ərdahan-Qars yolunda baş vermiş qəza nəticəsində 8 nəfər yaralanıb. Onlardan 3 nəfərin Azərbaycan vətəndaşı, 5 nəfərin isə Türkiyə vətəndaşı olduğu bildirilir.
Yaralananlar Anaverdi Bağırova, Sevda Bağırova və Asiya Bağırovanın səhhəti hazırda normal qiymətləndirilir.