• 29 Mart 2024
logo
İstanbulda yaşayış binasında partlayış: 1 ölü, 10 yaralı

İstanbulda yaşayış binasında partlayış: 1 ölü, 10 yaralı

Türkiyənin İstanbul şəhərində, Bahçelievler rayonunda Memar Sinan prospektində 6 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, partlayış baş verən mənzil toxuculuq atelyesi kimi fəaliyyət göstərirmiş.

Partlayış səhər saatlarında baş verib. Binanın sakinləri partlayışın səsindən vahimələnib, zəlzələ baş verdiyini sanıblar. Hadisənin səbəbi hələ ki, açılanmayıb.