• 19 Aprel 2024
logo
Türkiyədə koronavirusdan sağalanların sayı 167 min nəfəri ötüb

Türkiyədə koronavirusdan sağalanların sayı 167 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 065 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 396 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 194 511 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 492 nəfər olmaqla 167 198 nəfər təşkil edir.