• 20 Aprel 2024
logo
Türkiyədə neft emalı zavodunda yanğın baş verib

Türkiyədə neft emalı zavodunda yanğın baş verib

Türkiyənin Ordu vilayətində neft emalı zavodunda yanğın baş verib.

Yanğın Altınordu rayonunda zavodun bölmələrinin birində olub.

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və polis əməkdaşları göndərilib.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb. Yanğının səbəbi məlum deyil.