• 26 Aprel 2024
logo
Türkiyədə koronavirusdan ölüm sayı 5 mini keçib

Türkiyədə koronavirusdan ölüm sayı 5 mini keçib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 42 982 şübhəli koronavirus testindən keçib, onlardan 1268-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1315 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5001 nəfər ölüb, 190 165 nəfər bu infeksiyaya yoluxub, 162 848 nəfər isə müalicə olunub. Fəxrədiin Qoca bildirib ki, toplam test sayı 3 milyonu keçib.