Türkiyənin Bursa bölgəsində sel fəlakətində ölənlərin sayı 5-ə yüksəlib.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, itkin düşən 1 nəfərin axtarışı davam etdirilir.
Qeyd edək ki, dünən axşamdan başlayan aramsız leysan yağışlarından sonra ərazidə sel olub.