• 26 Aprel 2024
logo
Türkiyədə 24 İŞİD üzvü saxlanılıb

Türkiyədə 24 İŞİD üzvü saxlanılıb

Türkiyədə İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib, 24 nəfər saxlanılıb.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 4 Türkiyə vətəndaşı, 18 İraq vətəndaşı və 2 Suriya vətəndaşı saxlanılıb.

Hadisə yerindən qaçan digər iki nəfərin saxlanılması üçün isə tədbirlər görülür.