• 24 Aprel 2024
logo
İstintaq Mübariz Mənsimovun Gülənlə əlaqəsini sübuta yetirib

İstintaq Mübariz Mənsimovun Gülənlə əlaqəsini sübuta yetirib

“Fətüllahçı Terror Təşkilatına (FETÖ) üzv olma” ittihamı ilə saxlanılan Mabariz Mənsimov barəsində aparılan istintaq başa çatıb.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunda şübhəli Mübariz Mənsimov barəsində 26 səhifəlik ittiham aktı hazırlanıb. İttiham aktında Mənsimovun FETÖ ilə əlaqəsini sübuta yetirilən faktlarla yanaşı onun Fətullah Gülənə aid olan əşyaları müzeydə sərgilədiyi də yer alır.
İttihama görə, Mübariz Mənsimovun terror təşkilatının əsas idarəçilərindən Altın İpək, Suat Yıldırım, Süleyman Uysal ilə tez-tez telefon əlaqəsində olub. İttiham aktında Təşkilatın Rusiya “imamı” Ahmet Hamdi Vuralla iş yerində görüşdüyü təsbit edilən Mübariz Mənsimovun görüş zamanı dinləməyə qarşı “Jammer” cihazından istifadə etdiyi bildirilir.
Şahid ifadələrinin də yer aldığı ittiham aktında Mübariz Mənsimovun FETÖ və PYD silahlı terror təşkilatlarının bir sıra sahələrdəki rəhbərləri ilə əlaqələri 2016-cı ilədək davam etdirdiyi qeyd olunur.
İddiaya görə, Mənsimov terror təşkilatının rəhbəri Fətullah Gülənlə üz-üzə görüşüb, FETÖ-ya Gülənə aid olan şəxsi əşyaları alaraq qurmuş olduğu müzeydə sərgiləcək qədər yaxın olub, təşkiılatın Türkiyə sərhədlərindən kənarda yerləşən məktəb və dərnəklərə maddi və təşkilati dəstək verib.
Qeyd edək ki, istintaq artıq başa çatıb və Mübariz Mənsimov yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsinin qarşısına çıxarılacaq.

https://www.sabah.com.tr/gundem/2020/06/12/mubariz-gurbanoglunun-iddianamesi-tamamlandi-gulenin-kisisel-esyalarini-muzede-sergilemis?fbclid=iwar1v7xo3yvoug43_rueor3u14k2fqcyuldqtchxx_6cf-n4g_pziq3a7x1y