• 19 Aprel 2024
logo
Türkiyənin yüksək vəzifəli rəsmiləri Liviyaya səfər ediblər

Türkiyənin yüksək vəzifəli rəsmiləri Liviyaya səfər ediblər

Bu gün Türkiyənin yüksək vəzifəli rəsmiləri Liviyaya səfər ediblər.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Xəzinə və Maliyyə naziri Berat Albayrak və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Tripoliyə gəliblər.

Türkiyə nümayəndə heyəti Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərracla görüşüblər.