• 19 Mart 2025
logo
İstanbulun turizm obyektlərində koronavirusla əlaqədar reydlər keçirilir

İstanbulun turizm obyektlərində koronavirusla əlaqədar reydlər keçirilir

İstanbulun bütün turizm obyektlərində koronavirus infeksiyası ilə əlaqədar reydlər keçirilir.

Şəhər ərazisində bütün restoranlarda da sanitar normalara əməl olunub-olunmamasına nəzarət gücləndirilib.

Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan reydlərdə İstanbul polisi iştirak edir.

Reydlər başlayandan mindən çox restoran və turizm obyekti yoxlanıb. Bəzi obyektlərdə sanitar-epidemioloji qaydaların pozulması aşkar edilib.