• 29 Sentyabr 2020
logo
Türkiyədə zərərsizləşdirilən 7 terrorçudan dördü axtarışda olub

Türkiyədə zərərsizləşdirilən 7 terrorçudan dördü axtarışda olub

Türkiyənin Siirt, Faraşin, Van və Hakkari bölgələrində zərərsizləşdirilən 7 terrorçudan dördünün kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, “Jiyan” kod adlı Esma Afşar, “Brüsk” kod adlı Basri Cin, “Mahir Nemrut” kod adlı Fərid Danışman və “Azad” kod adlı İsmayıl Duman uzun müddətdir axtarışda olublar.

Bildirilib ki, E. Afşar və B. Cinin başına 1 milyon türk lirəsi, F. Danışmanla İ. Dumanın başına isə yarım milyon türk lirəsi mükafat qoyulub.