• 25 Sentyabr 2020
logo
Avqustun 1-dən İranla Türkiyə arasında uçuşlar bərpa olunacaq

Avqustun 1-dən İranla Türkiyə arasında uçuşlar bərpa olunacaq

“Avqust ayının 1-dən etibarən Türkiyə ilə İran arasında uçuşların bərpa olunmasını planlaşdırdıq”.

İstanbulda səfərdə olan İran Xarici İşlər Naziri Cavad Zəriflə görüşündən sonra Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu keçirilən mətbuat konfransında belə bildirib.

Nazir deyib ki, daşınmaz əmlaklarla əlaqədar İran və Türkiyə arasında saziş imzalanıb. O, bu sazişin İran və Türkiyə xalqı arasında əməkdaşlığı daha da artıracağına ümid etdiyini bildirib.

Cavuşoğlu Türkiyənin İrana qarşı tətbiq edilən birtərəfli sanksiyaların əleyhinə olduğunu qeyd edib: “Bölgədə olan qeyri-sabitlik, terrorizm bölgədəki hər bir ölkənin problemidir. Bu gün tək bölgəmizin deyil, bütün dünyanın əməkdaşlığa, həmrəyliyə ehtiyacı var”.

Nazir bildirib ki, İranlı həmkarı ilə tək Suriya mövzusunda deyil Liviya, Yəmən, Əfqanıstanla bağlı fikir mübadləsi aparıblar.

Cavad Zərif Türkiyənin hər zaman İran xalqının hər zaman yanında olmasına təşəkkür edib: “Pandemiya mərhələsi onu göstərdi ki, dünyada bütün ölkələr həmrəy olmalıdır, biz hər zaman dialoq daxilində siyasətimizi yürütməliyik”.

İranlı nazir deyib ki, Suriyanın son vəziyyətini dəyərləndirmək üçün Tehranda Türkiyə və Rusiya ilə birgə birgə toplantı olacaq: "Bu mövzuda amma öncə videkonfrans yolu ilə bir toplantı reallaşdrılacaq".

C. Zərif deyib ki, enerji və təbii qaz mövzusunda da Türkiyəli həmkarı ilə danışıaqlar aparıblar və iyun ayının sonunadək İranın təbii qazının Türkiyəyə axını bərpa olunacaq.