• 26 Yanvar 2021
logo
Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 79 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra bildirib.
Nazir qeyd edib ki, son 24 saatda36521 şübhəli koronavirus testindən keçib, onlardan 922-nun cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4746 nəfər ölüb, 173036 nəfər bu infeksiyaya yoluxub, 146839 nəfəri isə müalicə olunub.
Nazir bildirib ki, intensiv terapiyada olan xəstə sayı azalıb, evə buraxılan xəstə sayı isə artıb. Bu gün 2241 xəstə sağalaraq evə buraxılıb.