• 1 Dekabr 2020
logo
Türk Dünyası ilə bağlı videokonfrans

Türk Dünyası ilə bağlı videokonfrans

Bu gün Türkiyənin Azərbaycandakı sabiq səfiri cənab Hulusi Kılıçın moderatorluğu ilə "Türk Dünyasında siyasi və iqtisadi əməkdaşlıq və bunun Türkiyə və Azərbaycana təsiri" mövzusunda videokonfrans keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin məruzəçi olduğu konfransda millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Şamil Ayrım, Türkiyənin Dubaydakı baş konsulu cənab İlker Kılıç, Tokat Türk Konseyini təmsil edən iş adamları, hər iki ölkənin media mənsubları və digər şəxslər iştirak ediblər.
Videokonfransda Turkiyə ilə Azərbaycan, bütövlükdə Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanla Türkiyənin Türk Dünyasının birliyi üçün mənəvi körpü rolu oynadığı vurğulanıb.