• 11 Avqust 2020
logo
Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 28 nəfər ölüb.
Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 36155 şübhəli koronavirus testindən keçib, onlardan1141-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4489 nəfər ölüb, 162120 nəfər bu infeksiyaya yoluxub, 125963 nəfəri isə müalicə olunub.
Bu gün 1594 xəstə evə buraxılıb.