• 24 Aprel 2024
logo
Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatı bərpa olunur

Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatı bərpa olunur

Türkiyədə ölkədaxili dəmiryolu nəqliyyatının hərəkəti bərpa olunur.
Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastuktur Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, koronavirus pandemiyasından sonra ilk dəmiryolu reysi mayın 28-də yerli vaxtla saat 07:00-da baş tutacaq.
İlk reys Ankara ilə İstanbul arasında olacaq, gün ərzində 16 reys həyata keçiriləcək.
Qeyd edək ki, bu günədək Türkiyədə 158 762 nəfər koronavirusa yoluxub, 4 397 nəfər ölüb, 121 507 nəfər müalicə olunub.