• 23 Aprel 2024
logo
Türkiyədə koronavirusdan daha 32 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 32 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 32 nəfər ölüb.
Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 40178 şübhəli koronavirus testindən keçib, onlardan 1186-nın cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4308 nəfər ölüb, 155686 nəfər bu infeksiyaya yoluxub, 117602 nəfəri isə müalicə olunub.
Bu gün 1491 xəstə evə buraxılıb.