• 29 Mart 2024
logo
Türkiyənin Səhiyyə naziri: “31 ölkə üçün səhiyyə turizmi başlayır”

Türkiyənin Səhiyyə naziri: “31 ölkə üçün səhiyyə turizmi başlayır”

“Səhiyyə turzimi bizim üçün çox əhəmiyyətlidir. Bugündən pandemiya az rast gəlinən 31 ölkə üçün səhiyyə turizmi başlayır”.
Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra bildirib. Onun sözləırinə görə, səhiyyə turizmi ilə əlaqədar hazırda müraciətlər nəzərdən keçirilir, zərurət yarandıqda xaricdən gələn xəstələr üçün çarter reysləri təşkil olunacaq: “Bu gün Liviya hökuməti ilə danışıqlar apardıq. Məlum oldu ki, bu ölkədən Türkiyəyə müraciət edən xəstə sayı çoxdur. Yəni, belə hallarda çarter reysləri təşkil ediləcək”.
Nazir bildirib ki, İstanbulda yeni açılışı olan 2 xəstəxanada da səhiyyə turizmi üçün nəzərdə tutulan bölmələr var.
F.Qoca səhiyyə turizmilə əlaqədar Səhiyyə Nazirliyinin digər nazirliklərlə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Nazir Elm Qurumunun qərarı ilə mobil telefonlar vasitəsilə “Həyat evə sığar” (HES) kodu alınma qaydalarından danışaraq bildirib ki, bu yeni texnologiyanı tətbiq etmək xəstəliklə mübarizədə önəmlidir: “Mobil telefonlar vasitəsilə alınacaq HES kodu ilə səyahət etmək mümkün olacaq. Bu kod təyyarəyə, qatara minərkən sizin azad giriş kartınız olacaq. HES kodu öncə şəhərlərarası səyahətlərdə tətbiq ediləcək. HES kodu texnologiyasının xaricdən gələn turstlərə də tətbiq olunacağı müzakirə edilir. 70 ölkə ilə bu məsələdə əməkdaşlıq nəzərdə tutulub, iyun, iyul, avqust ayında hansı ölkələrdən səfərlər təşkil olunacaq bu vəziyyətin gedişindən asılıdır”.
Nazir Ramazan bayramı ərəfəsində Türkiyə vətəndaşlarına xəbərdar edərək bildirib ki, mübarizə tələblərinə düzgün əməl olunmasa, xəstəliyə yoluxma riski yüksələ bilər.