• 19 Aprel 2024
logo
"Qalatasaray"ın prezidenti yenidən əməliyyata götürülüb

"Qalatasaray"ın prezidenti yenidən əməliyyata götürülüb

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz yenidən xəstəxanaya yerləşdirilib.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri növbəti dəfə əməliyyata götürülüb.

Bir neçə gün əvvəl beyin şişinə görə 10 saatlıq əməliyyat keçirən və ötən həftə evə buraxılan Cengizdə bu dəfə mədə qanaması baş verib. Bu üzdən “cim-bom”un prezidenti bu gün təcili əməliyyata götürülüb.

Xəbəri eşidən kimi xəstəxanaya yollananlar arasında “Fənərbaxça”nın prezidenti Ali Koç da olub.