• 13 Noyabr 2024
logo
İbrahim Kalın gündəmə dair açıqlama verdi

İbrahim Kalın gündəmə dair açıqlama verdi

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyə-Suriya sərhədində qurulmaq istənən PKK dövlətinin artıq ehtimal daxilində olmadığını söylədi.
Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyə-Suriya sərhədində qurulmaq istənən PKK dövlətinin artıq ehtimal daxilində olmadığını söylədi.
Kalın prezident Rəcəb Tayyib Ərdoğanın başçılığında Cümhurbaşqanlığı iqamətgahında keçirilən kabinet yığıncağı davam edərkən verdiyi açıqlamada Suriyada baş verənləri yaxından təqib etdiklərini ifadə edərək deyib ki, İdlib, Tel Rıfat və Fərat çayının şərqindəki vəziyyətin əleyhimizə olmasının qarşısını almaq üçün bu günə qədər çox əhəmiyyətli addımlar atdıq, bu addımları atmaqda da davam edəcəyik. Cənab prezidentimizin fərasətli liderliyi sayəsində bildiyiniz kimi cənubumuzda- bir addımlığımızda olan yerdə, Türkiyə-Suriya sərhədində qurulmaq istənən PKK dövlətinin qurulma ehtimalı artıq qalmamışdır.
Şərqi Aralıq dənizi üçün də vəziyyətin eyni olduğunu vurğulayan İbrahim Kalın bildirib ki, artıq bildiyiniz kimi orada mən etdim oldu düşüncələrini, Kıbrıs Rum tərəfinin həm Kıbrıs Türklərinin həm də Türkiyənin beynəlxalq müqavilələrdən və coğrafi mövqeyindən qaynaqlanan haqlarını qəsb etmə, haqq və hüquqlarını pozma kimi yanaşmalarını sərt şəkildə rədd edirik. Bu günə qədər olduğu kimi bundan sonra da əsas mövqeyimizi Türkiyənin və Kıbrıs Türklərinin haqqını, hüququnu qoruyacaq şəkildə mühafizə və müdafiə etməkdə davam edəcək.