• 25 Noyabr 2020
logo
Türkiyədə koronavirusdan ölənlərin sayı 4 mini ötüb

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 mini ötüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 55 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 34821 şübhəli koronavirus testindən keçib, onlardan 1635-nin cavabı pozitiv çıxıb.